Dərc edilib: 30-01-2025

https://www.nuh.az/40263-.html

Niyazi Mehdi əməliyyat olundu

30.01.2025 14:11:27

LIVE

Tanınmış filosof, tənqidçi Niyazi Mehdi xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.
O, Niyazi Mehdinin bir müddət əvvəl vəziyyətinin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini bildirilib: "Ayağında qanqrena başladı. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verildi. Əməliyyatdan sonra vəziyyəti nisbətən stabilləşib”.
Həyat yoldaşının hazırda reanimasiyada olduğunu deyən Dilarə Mehdi onun bu gün palataya köçürülməsinin gözlənildiyini bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib