Dərc edilib: 29-01-2025

https://www.nuh.az/40246-.html

14 yaşlı şahmatçı Əhmədov dünya çempionu Karlseni məğlub edib

29.01.2025 10:19:40

Cəmiyyət

14 yaşlı rusiyalı şahmatçı David Əhmədov “Title Tuesday” onlayn turnirində keçmiş dünya çempionu norveçli Maqnus Karlseni məğlub edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əhmədov və Karlsen yarışın ikinci raundunda qarşılaşıblar.

2368 bal alan rusiyalı ağ fiqurlarla norveçlini üstələyib.

Qeyd edək ki, Karlsenin reytinqi 2831-dir, o, dünya reytinqinin lideridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib