Dərc edilib: 28-01-2025

https://www.nuh.az/40242-.html

Mənim xəbərim yoxdur, yalan məlumatlardır

28.01.2025 22:22:39

Cəmiyyət

Xalq şairi Ramiz Rövşənin dövlət tərəfindən ikinci dəfə mənzillə təmin edilməsinə dair məlumatlar yayılıb.

"Qafqazinfo" iddialarla əlaqədar şairin özü ilə əlaqə saxlayıb.

R.Rövşən saytımıza açıqlamasında bu informasiyaların həqiqətdən uzaq olduğunu bildirib: "Heç nə bağışlamayıblar. Təzə yayılan informasiyadır, mənim xəbərim yoxdur. Yalan məlumatlardır".

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ildə Ramiz Rövşənə ev hədiyyə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib