Dərc edilib: 25-01-2025

https://www.nuh.az/40199-.html

YUTUB KANALINDA YENİ VERİLİŞ

25.01.2025 13:49:34

LIVE

Hazırda Azərbaycan vətəndaşlarının problemlər boğçasında iki məsələ diqqəti daha çox cəlb edir: xəstələnəndə yaxşı həkim tapmaq, sağlamlığını qorumaq və vətəndaş hüquqlarını bilmək. Bunu nəzərə alan Pressklub TV canlı yayımlanan ”Həyatın axarı” adlı maarifçi-öyrədici verilişə başlayıb.
Veriliş gedə-gedə siz efirə zəng edərək hüquqi məsələlər və sağlamlıqla bağlı suallarınızı verə bilərsiniz. Növbəti verilişdə tanınmış hüquqşünas Türkel Süleymanlı və cərrah Ziyalı Rzayev suallarınızı cavablandıracaq. Veriliş 25 yanvar saat 16:00-da Pressklub TV-nin yutub kanalında canlı yayımlanacaq. Əlavə məlumat üçün (+994) 55 455 45 58 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

NUH informasiya agentliyi səhifəsindən çap edilib