Dərc edilib: 23-01-2025

https://www.nuh.az/40182-.html

Kimə banan yemək olmaz?

23.01.2025 21:51:46

LIVE

“Mədənin eroziv və xoralı xəstəlikləri və qıcıqlanmış bağırsaq sindromu olan insanlara bananları qida rasionuna daxil etmək tövsiyə edilmir”.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “RİA Novosti”yə qastroenteroloq Svetlana İlyaşenko məlumat verib.
Bildirilib ki, banan B vitaminləri, C vitamini, dəmir, kalsium, kalium, ftor və fosfor kimi faydalı maddələrlə zəngindir:
“Lakin mədənin eroziv və xoralı zədələnmələri zamanı bu meyvələrin istehlakı əks göstərişdir. Mədə-bağırsaq traktının xəstəlikləri və qıcıqlanmış bağırsaq sindromu olan insanların pəhrizindən banan xaric edilməlidir. Bu, çox miqdarda həll olunan lif və şəkər spirti ilə əlaqədardır ki, bu da şişkinliyə və köpə səbəb ola bilər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib