Dərc edilib: 23-01-2025

https://www.nuh.az/40176-.html

Şəmsi Səmədzadə həbsi ilə bağlı ilk dəfə DANIŞDI -VİDEO

23.01.2025 19:48:19

Kriminal

Yerli mediada Səmədzadənin bir neçə gün əvvəl həbsdən çıxdığı bildirilsə də, o ötən il dekabrın sonunda azadlığa buraxılıb.

 

NUH.az  xəbər verir ki, Şəmsi Səmədzadə Ajans.az-ın baş redaktoru, jurnalist Tural Müseyibova müsahibə verib. O, bildirib ki, həbsinin detalları və səbəbləri barədə danışmaq istəmir:

“Bu məsələni artıq arxada qoymuşam. Həyatımı yenidən qurmağa və işlərimə davam etməyə fokuslanmışam,” – deyə iş adamı qeyd edib.

Qeyd edək ki, Şəmsi Səmədzadə Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Lakin Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə o, azadlığa buraxılmışdı.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib