Dərc edilib: 23-01-2025

https://www.nuh.az/40173-.html

Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis olunacaq

23.01.2025 15:06:05

Cəmiyyət

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı təsis ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi təklif olunur.

Məsələ yanvarın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib