Dərc edilib: 22-01-2025

https://www.nuh.az/40168-.html

Bandotdel-in tutduğu kanal rəhbəri bu vəzifəli şəxsin qardaşı oğludur - FOTO

22.01.2025 13:11:05

LIVE

Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloqer-jurnalist adı altında pul tələb edən şəxs saxlanılıb.

SAVASHMEDİa.az xəbər verir ki, bir neçə şəxsin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, Rəşad Şahbazov İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı oğludur. 

 

Fotoda Rüstəm Şahbazov qardaşı oğlu Rəşad Şahbazovla


NUH informasiya agentliyi səhifəsindən çap edilib