Dərc edilib: 21-01-2025

https://www.nuh.az/40158-.html

Türkiyədə hoteldəki yanğında 66 nəfər öldü, 51 nəfər yaralandı

21.01.2025 19:02:53

Hadisə

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

 Qaynarinfo "Haber Global”a xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, yanğın söndürülüb, soyutma işləri davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib