Dərc edilib: 20-01-2025

https://www.nuh.az/40147-.html

Zəfər Partiyasının sədri Ümit Özdağ saxlanıldı

20.01.2025 22:45:37

LIVE

Türkiyədə Zəfər Partiyasının sədri Ümit Özdağ “Prezidenti təhqir etmək” ittihamı ilə saxlanılıb.

“Qafqazinfo” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Özdağın partiyasının iclasında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi fikirlərlə bağlı istintaq başlayıb.

O, istintaq çərçivəsində Ankarada saxlanılıb.

Özdağın hüquq-muhafizə əməkdaşları tərəfindən İstanbula gətirildiyi deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib