Dərc edilib: 20-01-2025

https://www.nuh.az/40135-.html

Azərbaycanlı xanım Trampın inauqurasiyasına dəvət olundu - FOTO

20.01.2025 11:30:59

LIVE

Dünyada bir çox məşhur layihələrə imza atan azərbaycanlı xanım Aytən Mirzoyeva ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.

Tramp ailəsi ona xüsusi dəvətnamə də göndərib.

Qeyd edək ki, Trampın öncəki andiçmə mərasimində də A.Mirzoyeva iştirak edib.

Aytən Mirzoyeva Bakıda anadan olub, tibb elminin görkəmli xadimlərindən olan Bəşir Quliyevin nəvəsidir. Hazırda Fransanın paytaxtı Parisdə yaşayır. Xanım Mirzəyeva Fransanın tarixi memarlıq şirkətlərindən biri olan "Vasconi Architectes"in vitse-prezidenti vəzifəsində çalışır. Şirkətin rəhbəri onun həyat yoldaşı Tomas Şinkodur. (Teleqraf.com)

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib