Dərc edilib: 19-01-2025

https://www.nuh.az/40131-.html

Avropada ən ucuz və ən bahalı benzin hansı ölkədə satılır? – Tam siyahı

19.01.2025 19:29:53

LIVE

Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin ən ucuz satıldığı ölkə Rusiya olub.

 
Yeniavaz.com məşhur “Autotraveler” portalının yanvar ayı üçün açıqladığı məlumata istinadən xəbər verir ki, şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,56 avro (98 qəpik) təşkil edib.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,17 avroya (3,8 manat) satılıb.
Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,6 manata (0,91 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus. 
Yanvar ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin orta qiyməti aşağıdaki kimi olub:

s/s Ölkələr Qiymət (avro)
1 Rusiya 0,56 
2 Belarus 0,68
3 Azərbaycan 0,91
4 Gürcüstan 1,07
5 Bosniya və Herseqovina 1,24 
6 Moldova 1,24 
7 Türkiyə 1,25 
8 Şimali Makedoniya 1,29 
9 Ukrayna 1,30 
10 Bolqarıstan 1,31 
11 Ermənistan 1,31 
12 Malta 1,34
13 Andorra 1,39 
14 Kipr 1,40 
15 Çexiya 1.41
16 Polşa 1,43 
17 Rumıniya 1,46 
18 Litva 1,46 
19 Xorvatiya 1,47 
20 Monteneqro 1,47 
21 Sloveniya 1,50 
22 İsveç 1,50 
23 Lüksemburq 1,53 
24 Macarıstan 1,54 
25 İspaniya 1,55 
26 Slovakiya 1,55 
27 Avstriya 1,55 
28 Serbiya 1,56
29 Latviya 1,61 
30 Estoniya 1,67 
31 Belçika 1,69 
32 Finlandiya 1,73 
33 İrlandiya 1,76
34 Albaniya 1,76
35 Fransa 1,79 
36 İtaliya 1,80 
37 Portuqaliya 1,80 
38 Yunanıstan 1,82 
39 Almaniya 1,83 
40 İsveçrə 1,85 
41 Norveç 1,86 
42 Danimarka 1,92 
43 İslandiya 2,03 
44 Böyük Britaniya 2,08 
45 Niderland 2,17 

NUH informasiya agentliyi səhifəsindən çap edilib