Dərc edilib: 18-01-2025

https://www.nuh.az/40119-.html

Azərbaycanda tələbə təcili tibbi yardım avtomobilində öldü

18.01.2025 21:45:39

LIVE

Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.


NUH.az   "Report"a istinadən xəbər verir ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü hamilə Gülcan İlham qızı Məhərrəmova üçün təcili tibbi yardım çağırılıb.

O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində yüksək təzyiq səbəbindən dünyasını dəyişib.

Mərhum Babək rayonu Payız kəndində dəfn olunub.

Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib