Dərc edilib: 17-01-2025

https://www.nuh.az/40110-.html

UZAQ LİMANA MƏKTUBLAR - Bəsti Əlibəyli

17.01.2025 19:40:04

Maraqlı

ARKADAŞIM BÖCƏK
Getmək,
bu fani dünyadan
vaxtında çıxıb getmək.
Bir az da qumru kimi,
anadil kimi ötmək...
Orda, sükut evində
uyuyub dincini almaq,
bir az da başqa aləmin
sehrinə dalmaq.
Silkinib öncəki
gen yaddaşından,
ya bir tutam ot,
ya bir daş olmaq...
Əl-ələ, kürək- kürəyə
bir tənha böcəyə
arxadaş olmaq.
Getmək,
düşmənin yolundan,
dostun yadından
çıxıb getmək.
Atıb yükünü ilk Adamın,
bu son duracaqdan
son Adam kimi getmək...
Bəsti Əlibəyli

NUH informasiya agentliyi səhifəsindən çap edilib