Dərc edilib: 16-01-2025

https://www.nuh.az/40092-.html

Sənubər Nəzərova departament rəhbəri təyin edildi

16.01.2025 11:35:04

LIVE

Sənubər Nəzərova "Veysəloğlu” Şirkətlər Qrupunda Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. 

NUH    xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Məhəmmədəli Qəribli məlumat verib. 
O qeyd edib ki, S.Nəzərovanın əsas fəaliyyət istiqaməti şirkətin PR strategiyasını idarə etmək və korporativ tədbirlərin təşkilindən ibarət olacaq. 
Xatırladaq ki, S. Nəzərova bu təyinatdan əvvəl "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi kimi fəaliyyət göstərib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib