Dərc edilib: 16-01-2025

https://www.nuh.az/40091-.html

21 ildən sonra İLK DƏFƏ - Ərdoğan onu Türkiyəyə çağırdı

16.01.2025 11:24:13

LIVE

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux bu gün Türkiyəyə rəsmi səfərə gəlir.

Musavat.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun bu barədə sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Monqolustan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 19-dək Ankarada olacaq. Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi müzakirə olunacaq.

Yanvarın 16-da keçiriləcək görüşlərdə əməkdaşlıq imkanları, eləcə də beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Altun qeyd edib ki, bu səfər 21 ildən sonra Monqolustandan Türkiyəyə dövlət başçısı səviyyəsində ilk ziyarət olaraq, iki xalq arasında tarixi və mədəni əlaqələrin daha da güclənməsinə töhfə verəcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib