Dərc edilib: 14-01-2025

https://www.nuh.az/40070-.html

Şəmsəddin Xanbabayev dünyasını dəyişdi

14.01.2025 13:40:09

LIVE

Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.


Bu barədə NUH.az    demokrat.az-a istinadən xəbər verir.

Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.

O, sabah Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Ş. Xanbabayev 2004-2019-cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinə başçılıq edib. İcra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib