Dərc edilib: 13-01-2025

https://www.nuh.az/40060-.html

Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır

13.01.2025 13:42:17

LIVE

Azərbaycanda yeni dövlət qurumu yaradılır. 

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Milli Gəlirlər Nazirliyi adlı yeni qurumun yaxın günlərdə elan olunacağı bildirilir. 

 

Məlumada Milli Gəlirlər Nazirliyi Maliyyə Nazirliyinin bazasında formalaşdırılacağı, vergi və gömrük orqanlarının da həmin nazirliyin tabeliyində fəaliyyət göstərəcəyi qeyd olunur. 

“Yeni nazirliyin yaradılmasında əsas məqsəd gəlirlərin vahid mərkəzdən idarə olunmasını təmin etməkdir”, - deyə mənbə bildirib.  

Supernazirliyə rəhbərlik edəcək şəxsin kimliyi hələ dəqiqləşməsə də, müxtəlif şəxslərin adı çəkilir. Qeyd edib ki, hazırda bununla bağlı hakimiyyətin yuxarı eşelonunda müzakirə gedir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib