Dərc edilib: 12-01-2025

https://www.nuh.az/40041-.html

Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəyini açıqladı

12.01.2025 12:03:22

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri bu barədə Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edən zaman bildirib.

Belə ki, qurultayda Ərdoğanın məşhur müğənni İbrahim Tatlıseslə arasında dialoq yaşanıb.

Tatlıses Ərdoğana “Növbəti dövr prezidentliyə hazırsınız, yoxsa yox? Buna cavab alaq”, - sualını verib.

Ərdoğan isə “Sən varsansa, varam”, - cavabını verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib