Dərc edilib: 05-01-2025

https://www.nuh.az/39950-.html

AZAL sərnişinlərini xilas edənlər mükafatlandırıldı - Fotolar

05.01.2025 19:24:34

Hadisə

Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin sərnişinlərinin xilasetmə əməliyyatının işçiləri mükafatlandırılıblar.

“Qafqazinfo” “Tengri”yə istinadən xəbər verir ki, 10 xilasedici təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında göstərdikləri peşəkarlıq, cəsarət və fədakarlığa görə təltif olunublar.

Prezident Kasım-Jomart Tokayevin fərmanına uyğun olaraq Manqistau vilayətinin rəhbəri Nurdaulet Kilybay əməliyyat iştirakçılarına mükafatları təqdim edib.

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib