Dərc edilib: 03-01-2025

https://www.nuh.az/39930-.html

Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı

03.01.2025 22:22:11

LIVE

Türkiyənin Diyarbəkir vilayətində Narin Güranın qətlə yetirildiyi kəndin imamı vəzifəsindən azad edilib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. 

Məlumata görə, Narinin qətli ilə bağlı istintaq zamanı saxlanılan və daha sonra azadlığa buraxılan, telefonunda qeyri-etik görüntülərin olduğu iddia edilən imam barəsində inzibati istintaq başladılıb və Türkiyənin Dini İşlər İdarəsi tərəfindən onun vəzifəsindən uzaqlaşdırılmasına qərar verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib