Dərc edilib: 03-01-2025

https://www.nuh.az/39922-.html

Millət vəkili Əli Məsimlinin doğum günüdür

03.01.2025 13:30:18

Cəmiyyət

Bu gün  millət vəkili  Əli Məsimlinin doğum günüdür. 


Qeyd edək ki, Əli Əhməd oğlu Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. 

1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993-2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışmışdır.

2005-ci il noyabrın 6-da 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

 

Doğum günü münasibətilə Əli bəyi  təbrik edir, möhkəm cansağlığı və  fəaliyyətində uğurlar arzulayırıq.

 

NUH.аz  


NUH informasiya agentliyi səhifəsindən çap edilib