Dərc edilib: 31-12-2024

https://www.nuh.az/39888-.html

Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar

31.12.2024 11:13:00

Cəmiyyət

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım edib.

 Qaynarinfo xəbər verir ki, paylaşımda deyilir: "Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram!

 

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".

NUH informasiya agentliyi səhifəsindən çap edilib