Dərc edilib: 30-12-2024

https://www.nuh.az/39874-.html

TALİBAN qadınlara bunu da qadağan etdi - PƏNCƏRƏDƏN....

30.12.2024 12:09:57

LIVE

Əfqanıstan Ali rəhbəri Heybatullah Axundzadə qadınlara evlərin pəncərəsindən baxmağı qadağan edən və qadınların görünməməsi üçün yeni ev layihəsi ilə bağlı fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb. 

Bildirilib ki, fərmana əsasən yeni tikiləcək evlərin pəncərələri qonşunun həyətinə, mətbəxinə, yataq otağına, eləcə də qadınların oturduğu digər yerlərə baxmamalıdır.

Sənəddə deyilir ki, qonşunun həyətinə baxan pəncərənin hündürlüyü elə tikilməlidir ki, oradan baxdıqda qadınları görmək mümkün olmasın.

Xatırladaq ki, “Taliban” 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra qadınlara çoxsaylı məhdudiyyətlər, o cümlədən evdən kənarda təhsil və işləməyi qadağan edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib