Dərc edilib: 29-12-2024

https://www.nuh.az/39864-.html

Direktor gecə məktəbdə ölüb- Direktor gecə məktəbdə nə edir ?

29.12.2024 16:22:02

LIVE

Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.

 

NUH.az    APA-ya istinadən xəbər verir ki, hadisə Xızı şəhər tam orta məktəbdə qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədilə çıxdığı bildirilib.

Lakin bu gün səhər saatlarında direktorun meyiti işlədiyi məktəbdə tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.

***

Hadisə ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Bildirilib ki, Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov bu gün səhər saatlarında vəfat edib:

“Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq”. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib