BAP ilin yekun tədbirini keçirdi
Bu gün Böyük Azərbaycan Partiyası 2024-cü ilin yekunları ilə bağlı tədbir keçirib. Tədbiri giriş sözü ilə partiyanın sədri, Milli Məclisin deputatı Elşad Musayev açıb. Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş insanların və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra il ərzində partiya xətti ilə görülən işlər barədə ümumi məlumat verilib.
Sonda tədbir iştirakçılarına uğurlar diləyən millət vəkili Elşad Musayev qarşıdan gələn 2025-ci ilin xalqımız və dövlətimiz üçün düşərli il olmasını arzulayıb.
BAP Mətbuat Xidməti