Dərc edilib: 22-12-2024

https://www.nuh.az/39786-.html

Əli Məsimli seçicilərlə görüşdü

22.12.2024 15:30:29

Hadisə

Milli Məclisin deputatı Əli Məsimli Qax rayonunun Ağçay kəndində seçicilərlə görüş keçirmişdir.

NUH.az   məlumat verir ki, görüşdə Əli Məsimli Milli Məclisdəki fəaliyyəti, xüsusən də büdcə müzakirələri zamanı qaldırdığı məsələlərlə bağlı ətraflı məlumat verib, seçicilərinə bildirib ki, növbəti dövr ərzində fəaliyyətinin başlıca istiqamətləri onun vətəndaş qəbulları və seçicilərlə keçirdiyi görüşlər əsasında müəyyənləşdiriləcək və bu baxımdan hər bir görüş mühüm əhəmiyyət kəsb edir.
Görüş zamanı iştirakçılar fərdi və ictimai xarakterli problemləri qaldırıb, həmin problemin həlli yollarına dair təkliflər səsləndiriblər..
Daha sonra Əli Məsimli, Qax şəhərində yerləşən Heydər Əliyev mərkəzində və Şəki şəhərində vətəndaş qəbulu keçirmişdir.
Qəbul zamanı qaldırılan hər bir məsələyə münasibət bildirilmiş, onların həlli istiqamətində aidiyyatı icra orqanlarına müraciətlərin edilməsinə dair qərar qəbul edilmişdir.
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib