Dərc edilib: 14-12-2024

https://www.nuh.az/39703-.html

Həbs edilən -Plazalar kralı- AYB sədri Anarın kürəkəni imiş...

14.12.2024 23:30:35

LIVE

Bir müddət əvvəl həbs edilən “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi xalq yazıçısı, AYB sədri Anarın nəvəsinin həyat yoldaşıdır.


NUH.az    axar.az-a istinadən xəbər verir ki, Qafar Dəmirçi yazıçı Günel Anarqızının övladı Sezen Məmmədli ilə ailə həyatı qurub.

2022-ci ildə evlənən cütlüyün bir qızı var.

Qeyd edək ki, “Plazalar kralı” kimi tanınan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyanvurmada ittiham edilir. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib