Dərc edilib: 11-12-2024

https://www.nuh.az/39661-.html

Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı

11.12.2024 17:25:19

LIVE

Suriya prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.
Qəzetin yazdığına görə, Rusiya kəşfiyyatı Əsəd və ailəsini Suriyadakı Rusiya aviabazasından keçirib. Əsədin gedişi zamanı onun təyyarəsinin transponderi söndürülüb ki, izləmək mümkün olmasın.
 
"Bloomberg"in üç mənbəsi qeyd edib ki, Rusiya kəşfiyyatı Əsədi silahlı üsyançılara qarşı mübarizədə uduzacağına inandırıb. Ona dərhal razılaşarsa, təhlükəsiz şəkildə ölkədən çıxış təklif ediblər.
Qeyd edək ki, dekabrın 8-də Suriya dövlət televiziyası Suriya lideri Bəşər Əsəd rejiminin süqutunu elan edib. Telekanal "böyük Suriya inqilabının qələbəsi və Əsədin cinayətkar rejiminin devrildiyini" elan edib. Kreml Əsədin Rusiyadan sığınacaq aldığını təsdiqləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib