Dərc edilib: 06-12-2024

https://www.nuh.az/39586-.html

Türkiyəli diplomat ATƏT-in yeni Baş katibi oldu

06.12.2024 16:47:34

Reportaj

Türkiyənin keçmiş XİN rəhbəri və ölkənin BMT yanında daimi nümayəndəsi Feridun Sinirlioğlu ATƏT-in yeni Baş katibi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Maltanın xarici işlər naziri, təşkilatın hazırkı sədri Yan Borq “X” hesabında paylaşıb. 

Bununla yanaşı, yunanıstanlı Mariya Telalian Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun rəhbəri, niderlandlı Kristof Kamp ATƏT-in milli azlıqlar məsələləri üzrə Ali Komissarı, norveçli Yan Bratu Media azadlığı məsələləri üzrə nümayəndə təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib