Dərc edilib: 06-12-2024

https://www.nuh.az/39578-.html

AZADLIQ PARTİYASI-nın AÇIQLAMASI

06.12.2024 12:02:36

Hadisə

2024-cü il dekabrın 4-də Azadlıq Partiyasının sədri Əhməd Oruca Bakı şəhər Apellyasiya məhkəməsindən zəng edərək  dekabrın 5-də Ədliyyə Nazirliyinin iddiası üzrə məhkəmə iclası olacağı barədə məlumat verilib.


Dekabrın 5-də isə məhkəmədə  PARTİYANIN  LƏĞVİ   ilə bağlı sifarişli  qərar çıxarılıb. Azadlıq partiyası qeydiyyat üçün sənədlərini 2023-cü il avqust ayının 21-də təqdim edib. Ötən 1 il 4 ay ərzində partiyaya rəsmi cavab verilməsə də Ədliyyə Nazirliyindən zəng edilərək partiyanın qeydiyyata alınması üçün problem olmadığı, qurultay keçirilməli və nizamnamədə dəyişiklər olmalı olduğu bildirilib. Sonradan Ədliyyə Nazirliyinin rəsmiləri Prezident Aparatı ilə partiyanın problemi olduğunu bildirib. Hakimiyyət  tərəfindən partiyanın özünü buraxması üçün müxtəlif təkliflər, təzyiqlər, bazarlaşma cəhdləri olub. Məhkəmə partiyaya iddia ərizəsi və “partiyanın ləğvinə səbəb olan faktlarla"  tanış olmağa imkan verməyib. Azadlıq partiyasının fəaliyyətinin məhkəmə vasitəsi ilə  dayandırılması hakimiyyətin sifarişi əsasında olub  və   partiyanın siyasi mövqeyi ilə bağlıdır. Bu məsələ barədə  yaxın  zamanda   partiyanın əlavə açıqlaması olacaq. 


NUH informasiya agentliyi səhifəsindən çap edilib