4 dekabr ÖMƏR XƏYYAMın xatirə günüdür
Qiyasəddin Əbu əlFəth Ömər ibn İbrahim Xəyyam Nişapuri 18 may 1048-ci ildə Xorasan vilayətinin Nişapur şəhərində sənətkar ailəsində anadan olmuşdur. Onun sənətkar ailəsində dünyaya gəlməsini soyadı da sübuta yetirir.
Xəyyam “çadır ustası” mənasını verir. O, “Xəyyam” təxəllüsünü atasının sənətindən almışdır.
O, riyaziyyat, həndəsə, fızika, astronomiya kimi dəqiq elmlərə yiyələnmiş, fəlsəfəni, sufıliyi, Quranşünaslığı, tarixi, hüquqşünaslığı dərindən öyrənmiş, ərəb dilinə və ədəbiyyatına mükəmməl yiyələnmişdir. Ömər Xəyyam astrologiyanın, musiqi nəzəriyyəsinin mahir bilicisi olmuşdur. O, Qurani-Kərimi əzbər bilməklə yanaşı, onun bütün ayələrinin dəqiq təfsirini də verə bilmişdir.
Miladi tarixi ilə 1074, hicri tarixi ilə 467-ci ildə Sultan Məlikşah tərəfindən İsfahanda rəsədxana tikilir və Şərqin ən tanınmış astronomları bu rəsədxanaya cəlb olunur. Xəyyam Nizamülmülkün təkidi ilə saray rəsədxanasının rəisi təyin edilmişdi.
Ömər Xəyyam 18 il bu rəsədxanaya rəhbərlik edir.
Ömər Xəyyamın elmi məşğuliyyətinin başlıca istiqaməti riyaziyyat olmuşdur. İyirmi beş yaşında ilk elmi kəşflərini etmişdir. “Cəbr problemlərinin isbatları haqqında traktatı” Xəyyamı böyük alim kimi tanıtmışdır.
Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
O, parodiyaya meyil etmiş, misli görünməmiş mənalı rübailər yazmışdır. O, saraylarda yaşamamış, azad yaşamağı üstün tutmuşdur. Çoxları onu bütün dünyada məşhur rübailərin müəllifı kimi tanıyır. XX əsrin əvvəllərində Böyük Britaniyada tikilmiş ən böyük sərnişin gəmisi olan “Titanik” aysberqə çırpılıb batan zaman göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması - “Rübaiyyat”ın olması da məlumdur. Bu, xristian aləmində də Ömər Xəyyam yaradıcılığına böyük marağın sübutudur.
Xəyyam musiqinin riyazi nəzəriyyəsini də işləyib hazırlamışdır.
Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb.
Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı diqqətlə oxuyurmuş. “Tək və cəm” bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib.
Ömər Xəyyam yaxınlarına deyirmiş ki, “Qəbirim elə yerdə olacaq ki, yaz fəsilində əsən meh onu çiçəklərə qərq edəcək”.
O, həm Şərqdə və ələlxüsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur.
Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyamın rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.
Ömər Xəyyam qeyri-adi istedada malik idi. O, “QuraniKərim”i əzbərdən bilməklə yanaşı, onun bütün ayələrinin dəqiq təfsirini də verə bilmişdi. Şərqin ən bilikli ilahiyyatçıları Xəyyamdan məsləhət alırdılar.
Xəyyam lüğətində şərab sözü yalnız dərd-qəmi unutmaq, laübalı olmaq mənasında işlənmir. Həmin söz həyat neməti mənasındadır. Həyat nemətlərindən insan səmərəli istifadə edə bilməyəcək, ömrünü cahilcəsinə keçirəcəksə, belə ömür nəyə lazımdır? Həmin əqidə ilə yaşayan şair “fələyə” ona görə nifrət edir ki, guya “haqq və ədalət” mənbəyi olan fələk zəhmətkeş və nəcib insanı həmişə möhtac etmişdir:
Ey fələk, xəsisə izzət verirsən,
Ev, hamam, dəyirman, sərvət verirsən.
Sənin tək fələyə tüpürmək gərək,
Azad adamlara zillət verirsən.
Ev, hamam, dəyirman, sərvət verirsən.
Sənin tək fələyə tüpürmək gərək,
Azad adamlara zillət verirsən.
Olsa şərab, mütrüb,bir gözəl canan,
Bir axar su olsa, bir də gülüstan.
Bu əsil cənnətdir, cəhənnəm sözü,
Boş sözdür, inanma ona heç zaman.
Bir axar su olsa, bir də gülüstan.
Bu əsil cənnətdir, cəhənnəm sözü,
Boş sözdür, inanma ona heç zaman.
O, “Həkim” ləqəbi ilə də yazıb-yaratmışdır.
Ömər Xəyyam 1131-ci ildə öz şəhəri Nişapurda İbn Sinanın “Müalicə haqqında kitab”ını (“Şəfa kitabı”) sinəsinə sıxaraq ölmüşdür. Eretik (küfr) mövzularda yazdığına görə ruhanilər onun müsəlman qəbiristanlığında basdırılmasına etiraz etmişlər. Şair öz bağçasında dəfn edilmişdir.
Avropada onun yaradıcılığını XVIII əsrdə öyrənməyə başlamışlar.
Xəyyamın rübailəri Hafizin, Sədinin, Sənainin və Əttarın divanlarına qarışmışdır.
*****************************************************
Mənbə: Ramil Əliyev - “Orta əsrlər Şərq intibah ədəbiyyatı tarixi” kitabından, Müəllim nəşriyyarı, Bakı – 2014