Dərc edilib: 01-12-2024

https://www.nuh.az/39467-.html

Pezeşkian Suriya ilə bağlı müsəlman ölkələrə çağırış etdi

01.12.2024 20:41:58

LIVE

İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətlər Suriya böhranı ilə bağlı addım atmağa və ABŞ və İsrailin vəziyyətdən istifadə etməsinə imkan verməməyə çağırıb.

Bu barədə Pezeşkian İran parlamentində bugünkü çıxışında bildirib.
 
Təkfirçi terrorçuların Suriya torpaqlarına təcavüzünün ABŞ və Avropa ölkələri tərəfindən dəstəkləndiyini vurğulayan Pezeşkian deyib:
 
“Bu hərəkətlər Amerika və Avropa silahlarından istifadə etməklə həyata keçirilir. Ümid edirik ki, müsəlman ölkələr müdaxilə edəcək və Amerika və İsrailin Suriyadakı bu daxili münaqişədən sui-istifadə etməsinə mane olacaqlar”.
 
Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması İdlib və Hələbi ələ keçirib, Hənaya hücuma başlayıb.(Axar.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib