Dərc edilib: 01-12-2024

https://www.nuh.az/39432-.html

Bəşər Əsəd ilk dəfə açıqlama verdi: - Suriya ərazi...

01.12.2024 01:26:56

LIVE

Suriya prezidenti Bəşər Əsəd ilk dəfə olaraq ölkədəki vəziyyətə dair açıqlama verib. O bildirib ki, Suriya ərazi bütövlüyünü qorumaqda davam edəcək və anti-hökumət qüvvələrini müttəfiqlərinin köməyi ilə məhv etməyə qadirdir.

Əsədin bu bəyanatı, ölkədə davam edən qarşıdurmalar və müxalif qrupların bəzi ərazilərdə irəliləməsi fonunda diqqət çəkib. Prezident həmçinin, dost ölkələrin dəstəyinin Suriya üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, Suriyada gərginlik davam edir. Bəşər Əsəd rejiminin artıq sonunun çatdığını iddia edənlərin sayı sürətlə artmaqdadır. musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib