Dərc edilib: 29-11-2024

https://www.nuh.az/39404-.html

Kəmaləddin Heydərov Komandiri işdən çıxardı - Yeni təyinat

29.11.2024 17:51:30

LIVE

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə N saylı Hərbi Hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Əmrahov Nurəddin oğlu vəzifəsindən azad edilib. 
 
Onun yerinə polkovnik Vəliyev Kənan Şahlar oğlu təyin olunub. 
Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib