Hər gün istifadə etdiyimiz DUZ - Masazır duz gölünə KANALİZASİYA xətləri birbaşa axıdılır
Masazır duz gölündə BİYABIRÇILIQ- Kanalizasiya xətləri birbaşa gölə axıdılır - FOTO
Abşeron rayon , Mazazır qəsəbəsi ərazisində yerləşən duz gölü ilə bağlı narazılıqlar səngimir.
Ərazidə yaşayan sakinlər Ekologiya.az-a bildiriblər ki, gündəlik həyatda istifadə etdiyimiz duzun mənbəyi, Masazır duz gölünə axıdılan kanalizasiya xətləridir.
Sakinlərin haqlı narazılıqlarını nəzərə alaraq əməkdaşlarımız sözügedən ərazidə olublar. Və, həqiqətən şahidi olublar ki, kanalizasiya xətləri gölə axıdılır.
Əməkdaşlarımız Masazır Duz Zavodunun rəhbərliyi ilə əlaqə saxlaya bilməsələr də, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. 4 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsindən əməkdaşlarımıza bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılır.
Əməkdaşlarımız "Azərsun" şirkətinin rəsmiləri ilə telefon əlaqəsi yaradıb. Bildirək ki, "Azərsun" şirkətindən isə görünən faktlar cavabsız qalıb.