Dərc edilib: 29-11-2024

https://www.nuh.az/39399-.html

Bu məktəbə Natiq Qasımovun adı verildi

29.11.2024 13:27:59

Günün sitatı

Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Sənədə əsasən, Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, bu Qərar Azərbaycan Prezidentinin 2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib