Dərc edilib: 23-11-2024

https://www.nuh.az/39332-.html

Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi

23.11.2024 22:51:38

LIVE

Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, 56 yaşında dünyasını dəyişib.

Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.

Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib