Dərc edilib: 10-11-2024

https://www.nuh.az/39203-.html

Millət vəkili Əli Məsimli Zəfər Günü bayramı ilə əlaqədar Şəki və Qax şəhərlərində yerləşən Şəhidlər Xiyabanlarını ziyarət etmişdir

10.11.2024 21:05:07

Hadisə

 

Milli Məclisin deputatı Əli Məsimli "Zəfər Günü" bayramı ilə əlaqədar Şəki və Qax şəhərlərində yerləşən Şəhidlər Xiyabanlarını ziyarət etmiş, Daha sonra Qax şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində " 8 noyabr - Zəfər Günü Azərbaycan tarixinin şanlı səhifəsidir" mövzusunda keçirilən konfransda iştirak edərək çıxış etmişdir. tədbir iştirakçılarını və onların şəxsində hər bir soydaşımızı "Zəfər Günü" və "Bayraq Günü" münasibət ilə təbrik etmişdir.

Əli Məsimli çıxışında Vətən müharibəsində qazanılmış zəfərin tarixi əhəmiyyətindən danışmış, onun ölkəmizin gələcək siyasi-iqtisadi, mədəni inkişafında yeni mərhələnin başlanğıcı olduğunu qeyd etmişdir.
Əli Məsimli günün sonunda İçəribazar Turizm Mədəniyyət Mərkəzində Qax rayonunun mədəniyyət- incəsənət ustalarının iştirakı ilə təşkil edilmiş konsert proqramında iştirak etmişdir.
Bir 1 nəfər şəkili ola bilər
Bir 5 nəfər şəkili ola bilər
Bir 1 nəfər və abidə şəkili ola bilər

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib