Dərc edilib: 02-11-2024

https://www.nuh.az/39153-.html

Məhkəmə üç şagirdə təcavüz edən müəlliməyə 18 il verdi

02.11.2024 11:47:48

LIVE

ABŞ-da İllinoys ştatından olan müəllim 3 tələbəni zorladığı üçün 18 il həbs cəzasına məhkum edilib. Bu barədə WGEL radiostansiyası məlumat yayıb.

Edvardsvilldən olan 32 yaşlı Danielle Fişer 2021-ci ilin may ayından iyun ayına kimi işlədiyi Roksana qəsəbə məktəbində üç şagirdə təcavüz etməkdə təqsirli bilinib.

İstintaqın məlumatına görə, qadın 2021-ci il iyunun 5-də 16 və 17 yaşlı tələbələri evinə dəvət edərək onlarla cinsi əlaqədə olub.

O, mayın 1-dən iyunun 30-dək bir neçə dəfə başqa tələbə ilə qeyri-münasib münasibətdə olub.//Lent.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib