Dərc edilib: 26-10-2024

https://www.nuh.az/39039-.html

Rusiya Türkiyədə yeni AES tikəcək

26.10.2024 12:56:12

LIVE

Rusiyanın "Rosatom" dövlət korporasiyası prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə ikinci atom elektrik stansiyası (AES) tikmək təklifi alıb.
 
Publika.az xəbər verir ki, bu barədə dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov məlumat verib.
 
"Hazırda Qara dənizdə yerləşən "Sinop" meydançasında Türkiyədə fəaliyyətimizin mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq", - deyə Lixaçov bildirib.
 
Lixaçov Rəcəb Tayyib Ərdoğanın bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyini də vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib