Dərc edilib: 21-10-2024

https://www.nuh.az/38895-.html

Ağsu sakinləri yaxın zamanda Mikayıl İsmaylovla bağlı Prezidentə VİDEO MÜRACİƏT edəcək

21.10.2024 14:58:14

Reportaj

Mikayıl İsmayılovun xalqdan və dövlətdən oğurladığı, dəyəri milyardlar olan sərvətin tam siyahısını yaxın zamanda dərc edəcəyik…

 

Zaman-zaman  ölkə mətbuatında  SOCAR-ın  sabiq vitse-prezidenti  Mikayıl İsmayılovun  ölkə daxilində və xaricdə olan biznes şəbəkəsi, mülkləri, restoranları, obyektləri, mənzilləri, villaları, şirkətləri  və  s barədə uzun  bir siyahı dərc  olunaraq yayılıb. (Biz Mikayıl İsmayılovun özəl-şəxsi həyatı ilə bağlı  yayılan xəbərlərə toxunmuruq.)

Və bu xəbərlərin heç biri təkzib olunmayıb.

İlk öncə onu qeyd edək  ki, bizim bir media olaraq Mikayıl İsmayılovun və digərlərinin mal-mülkünü, sərvətini, pulunu saymağa fikrimiz və marağımız  yoxdur.

Bu məqamda  yada  böyük türk şairi, kommunist Nazim Hikmətlə bağlı bir hadisə düşür.

… Kommunist olduğu üçün Türkiyədə polis tərəfindən izlənən Nazim Hikməti bir gün jandarma yaxalayır. Və görür ki, şair yumşaq yataqda dincəlir. Jandarma soruşur: “Paşa nəvəsi, üzv olduğun KOMMUNİST  firqəsi BƏRABƏR-likdən danışır...bəs sən burda yumşaq, qu tükündən, təmiz yataqda dincəlirsən, firqədaşlarını isə  həbsxanalarda BİT-BİRƏ  basıb yeyir”...

Nazim Hikmət deyir ki, komutan sağ olsun, mən BİT-BİRƏ-nin BƏRABƏR-liyindən deyil,  ZƏNGİN-liyin BƏRABƏR-liyindən danışıram və istəyirəm ki, hamımız zəngin olaq...

Bəli, biz də istəyirik ki, bütün vətəndaşlrımız, o cümlədən Mikayıl İsmayılov zəngin olsun. Amma…

Amma bu zənginlik halal, qanuni  yolla olmalıdır. Oğurluq, quldurluq, rüşvət, korrupsiya  yolu ilə deyil.

 

İndi gəlin, Mikayıl İsmayılovun mediaya bəlli olan biznes imperiyasına  nəzər salaq.

“Evlər kralı” Mikayıl İsmayılovun təkcə Bakıda 200-dən artıq mənzili var və hər ay kirayədən milyonlar qazanır.

Xeyli sayda avtosalonlar, Hövsanda dəyəri milyonlar ola villalar, “Kapital Motors” şirkəti, paytaxtın mərkəzində yerləşən “Central Baku”,  “Özsüt” restoranları, Fəvvarələr Meydanı ərazisində çoxsaylı daşınmaz əmlakı, “Modern hospital”, Teymur Əliyev küçəsində villalar, villanın həyətindəki 300 minə başa gələn hovuz, Nərimanov  rayonu ərazisində malikanələr, 100 hektarlarla torpaq sahələri…Hələ  bu harasıdır ..

Mikayıl  İsmayılovun  Şamaxıda Kirovkada, Çuxuryurdda villaları,

Ağsu dolaylarında  3 dənə restoran, Şərədil, Axırıncı aşırım, Panorama…hər birinin dəyəri 5 milyon manat,

Ağsuda marketlər, apteklər, 10 yerdə villa, İdman kompleksi, Tədris mərkəzi, Rabitə banka icarəyə verdiyi binalar,

Regional Qaz İdrəsinə verdiyi və ayda 7500 manat icarə haqqı aldığı  bina,

Notariusa icarəyə verdiyi binalar, Azqranata aid dükanlar,

Ağsuda  “Azqranat zavodu”na aid toxum mağazaları,

Ağsuda  “Gəncə təndiri”nə icarəyə verdiyi  obyekt,

Ağsu-Kürdəmir  yolunda  “Ağsu taxıl MMC”-yə  15 min manata icarəyə verdiyi  obyekt,

Ağsuda  biri dövlət vəsaiti hesabına yaradılan  2 ferma,

Ağsuda və kəndlərində 1000 ha torpaq  sahələri,

Kürdəmirdə 1000 ha torpaq sahəsi, həbs olunan  icra baçısından alıb,   

Şamaxıda  üzüm bağları  və pansionatlar,

Gədəbəydə  dəyəri 10 milyon olan otel-pansionat,

Türkanda  istilikxanalr,  

Pirallahıda  obyektlər,  

Türkiyənin İzmir  şəhərində  obyektlər,  

Q.Qarayevdə  dəyəri 6 milyon olan Psixoloji Mərkəz,

Mikayıl  İsmayılov  təkcə  icarəyə  verdiyi  obyektlərdən  ayda 6 milyon manat icarə haqqı alır…

Elə bilirsiniz  siyahı  bununla   bitir…?


İstər-istəməz  ortaya  sual  çıxır:

Görəsən, dəyəri 100 milyon deyil, milyard olan bu sərvətin mənbəyi nədir ?

Bəlkə Mikayıl İsmayılova  babasından miras qalıb ?

Məlumdur ki, Mikayıl İsmayılovun  babasının ən çoxu 5-10 qoyunu-keçisi  ola bilərdi ?

Bəlkə Mikayıl  İsmyılov  xəzinə, qızıl küpü  tapıb ?

Bəlkə Mikayıl İsmyılov  hansısa ixtira edib, elmi kəşf edib, xəbərimiz yoxdur…

Heç bizneslə də, elmi kəşflə, ixtira ilə də bu boyda sərvət  qazanmaq mümkün deyil.

Bəs onda  bu MİLYARD-ın mənbəyi nədir ?

Mikayıl İsmayılov ömrünün böyük hissəsini dövlət müəssisələrində mühasib, baş mühasib, direktor, sonradan SOCAR-da  vitse-prezident işləyərək dövlətdən konkret məbləğdə maaş alıb.

Deməli, bu yüz milyonlar xalqdan, dövlətdən oğurlanıb.

Onu da  qeyd edək ki, dövlət qulluğunda  çalışan Mikayıl İsmayılovun  sahibkarlıq-biznes fəaliyyəti ilə məşğul olması da  qanunla qadağandır.

Onda sual olunur ki,  bu boyda sərvəti  Mikayıl İsmayılov hansı yolla əldə edib ?

Bax, əsas məsələ budur. Və bu suala gec-tez Mikayıl İsmayılov cavab verəcək.

 

Sonda  cənab Prezidentimizə mürciət edirik.

Cənab Prezident !

Mikayıl İsmaylovun malik olduğu  bu 100 milyonların mənbəyi nədir ?

Möhtərəm Prezident !

Həmişə deyirsiniz ki, Sizdən bir çox məlumatları gizlədirlər və dürüst  informasiya üçün  mətbuatdan kömək istəyirsiniz.

Möhtərəm Prezident !

Xalqdan və dövlətdən oğurlanan pulların xalqa qaytarılması üçün biz hər zaman Sizə dəstək verməyə hazırıq.

 

 P.S.  Sonda onu qeyd edək ki, yaxın zamanda Mikayıl İsmayılovun xalqdan və dövlətdən oğurladığı  sərvətin tam-dəqiq  siyahısını dərc edəcəyik.

Və yaxın  zamanda  Ağsu sakinləri Mikayıl İsmayılovun qanunsuz əməlləri ilə bağlı VİDEO-KONFRANS  keçirib möhtərəm  Prezidentimizə MÜRACİƏT  edəcəklər. Özü də  3 dildə.

Bizi izləyin.

NUH.az-ın  baş redaktoru  Kamran Məhərrəmli

NUH informasiya agentliyi səhifəsindən çap edilib