Dərc edilib: 13-10-2024

https://www.nuh.az/38798-.html

İranda SPİRTLİ İÇKİDƏN kütləvi zəhərlənmə baş verib, 48 NƏFƏR ÖLÜB

13.10.2024 23:28:01

LIVE
Son iki həftədə Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində metil spirtindən istifadə səbəbindən yüzlərlə insan zəhərlənib, 48 nəfər ölüb.
 
APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
 
Məlumata görə, zəhərlənənlalərin çoxu görmə qabiliyyətini itirib.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərli maddənin istehsalçılarını və satıcılarını aşkar edərək saxlayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib