Bu ölkə prezidenti Rusiyaya 20 min tələbə göndərir
İndoneziyanın yeni seçilmiş prezidenti Prabovo Subianto Rusiyada elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində təhsil almaq üçün 20 min tələbəyə təqaüd verəcək.
Axar.az xəbər verir ki, bunu prezidentin qardaşı, biznesmen Haşim Cohohasdikusumo deyib.
Onun sözlərinə görə, təqaüdlər tamamilə dövlət büdcəsindən veriləcək.
Biznesmen bildirib ki, prezident indoneziyalı tələbələrin Rusiyaya göndərilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə şəxsən danışıb:
“Eşitdim ki, Prezident Putin indoneziyalı tələbələrə tibb, fizika, nüvə mühəndisliyi və s. təhsil almaq üçün xüsusi yerlər ayırmağa razılaşıb”.