Dərc edilib: 10-10-2024

https://www.nuh.az/38709-.html

Nərimanovun rəis müavini qəzada həlak oldu - Yenilənib

10.10.2024 00:33:06

LIVE

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.

 
Faktla bağlı araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, Cavid İsmayılzadə Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini işləyib.

Onun atası polkovnik Namiq İsmayılov isə əvvəllər Binəqədi Rayon Polis İdarəsinin rəisi olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib