Dərc edilib: 08-10-2024

https://www.nuh.az/38680-.html

Uşaqlar arasında infeksiya yayılıb, diqqətli olun - Pediatrdan SOS

08.10.2024 12:51:44

LIVE

"Uşaqlar arasında qızdırma, qusma, ishalla müşayiət olunan infeksiya yayılıb. Daha çox bağça yaşlı uşaqlarda görünür".

Musavat.com xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.

 

VAQİF.jpg (31 KB)

Həkim xəstəliyin ilk simptomu haqda qeyd edib:

"Əgər uşağınız maye içə bilmirsə, dərhal həkiminizə müraciət edin. Xəstə uşaqların bağçaya aparılması əbədi problemimizdir. Həm özü gec sağalır, həm ağırlaşmalar olur, həm də sağlam uşaqları yoluxdurur. Lazımsız antibiotiklərin istifadəsi də qəbulolunmazdır".

NUH informasiya agentliyi səhifəsindən çap edilib