Vətən Müharibəsi Qəhrəmanı nazir müavini təyin olundu
General-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı bu vəzifədə Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovu əvəzləyib. R.Tahirov iki ay öncə yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.