Dərc edilib: 25-09-2024

https://www.nuh.az/38548-.html

10-a yaxın vəkil Kollegiyadan çıxarılır

25.09.2024 20:56:35

LIVE

Azərbaycanda 10-a yaxın vəkil qanun pozuntusuna görə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilə bilər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq sözügedən hüquqşünasların vəkillik fəaliyyəti dayandırılıb. Onların Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb.

Həmin vəkillərin siyahısı məhkəmələrə göndərilib. Sənəddə adları qeyd edilən vəkillərdən ikisi qadındır. 

Onların bəziləri barədə cinayət işi başlanılıb, istintaq aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib