Dərc edilib: 24-09-2024

https://www.nuh.az/38529-.html

Rusiyada dəhşət - Ayı 2 kişini və 30 iti parçaladı

24.09.2024 10:17:01

LIVE

Rusiyanın Primorsk diyarında bağ evində ayı iki kişiyə hücum edərək parçalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Amur Mash” teleqram kanalı yayıb. 

Məlumata görə, ayı daha sonra Luçeqorskda sahibsiz heyvanlar üçün sığınacaqda 30-a yaxın iti parçalayıb. 

Ayının axtarışları ilə bağlı prosesə polis və Milli Qvardiyanın əməkdaşları cəlb edilib. Vəhşi heyvan sözügedən ərazidə məktəb yaxınlığında vurulsa da, yaralı halda qaçıb. 

Hazırda ayının tapılması istiqamətində işlər davam etdirilir. Təhlükəsizlik baxımından əhaliyə Luçeqorskun birinci və ikinci mikrorayonlarına səfər etmək qadağan edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib