Dərc edilib: 20-09-2024

https://www.nuh.az/38476-.html

Bakıda 350 elektrik avtobusu işləyəcək

20.09.2024 11:36:56

LIVE

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə COP29-un “X” səhifəsindəki paylaşımında bildirilib.

Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub.

“Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusu nəzərdə tutulub, “bnetwork” vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq”, - məlumatda bildirilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib